Sumqayıtda əmək yarmarkası keçirildi(FOTOlar)

1077

Sumqayıt Paralimpiya İdman Kompleksində “Əmək yarmarkası” keçirilib. Yarmarkada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Natiq Məmmədov, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev və şəhər ictimaiyyəti iştirak edib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sumqayıt şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilən yarmarkada eyni zamanda Bakı şəhərinin, Xaçmaz, Dəvəçi, Qusar, Quba, Siyəzən, Xızı və Abşeron rayonlarının Məşğulluq Mərkəzləri də boş iş yerlərini təqdim edir. Qeyd edək ki, 288 fiziki və hüquqi şəxslərdən yarmarkaya 20 dövlət, 27 qeyri-dövlət və 241 fiziki şəxs tərəfindən 2651 boş (vakant) iş yeri (əlavə olaqraq 182 güzəştli iş yerləri) təqdim olunub. Təqdim olunmuş iş yerlərindən 1934 fəhlə, 109 qulluqçu, 608-si isə xidmət sektoru üzrə yerlərdir. Boş (vakant) iş yerlərinin 569 dövlət, 1452 qeyri dövlət, 630-u isə fiziki şəxs tərəfindən təqdim olunub. Xatırladaq ki, yarmarkadan əvvəl şəhərin məhəllə, mikrorayon və qəsəbələrində mütəmadi olaraq təbliğat işləri aparılmışdır. Yarmarkanını keçirilməsinə bir ay qalmış işə götürənlərlə fərdi qaydada görüşlər keçirilmiş, müvafiq toplantılar, seminarlar təşkil olunmuşdur.

DSC03380 DSC03394DSC03390DSC03479DSC03471DSC03481DSC03463DSC03454DSC03458

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər