Sumqayıtda əmək yarmarkasında 69 işəgötürən 300-ə yaxın vakansiya təqdim edib

635

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası Sumqayıtda təşkil edilib.

Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən keçirilən yarmarkada 69 müəssisə iştirak edib və 277 vakansiya təqdim edilib.

Yarmarkada vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər üçün göndərişlər formalaşdırılıb.

Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin Mərkəzi Karyera filialının əməkdaşları tərəfindən peşəyönümü xidmətinin göstərilməsi təmin edilib, aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər