Sumqayıtda əməkdar artist vəfat etdi – FOTO

854
Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Sumqayitxeber.com -un məlumatına görə, Sumqayıt Dövlət Dram teatrının aktyoru, əməkdar artist, “Tərəqqi” medalı Namis Şirməmmədov vəfat edib. O, uzun sürən xəstəlikdən sonra 62 yaşında vəfat edib.
Qeyd edək ki, Namis Şirməmmədov 3 Aprel 1962-ci ildə anadan olub.1979-1983 -cü illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “dram və kino aktyorluğu” fakültəsində təhsil alib.1983-1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Böyük sənətkar Həsənağa Turabovun dəvəti ilə 1997-ci ilədək Akademik Milli Dram Teatırında fəaliyyət göstərib. 1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına  gələrək  2008- ci ilə qədər aktyor vəzifəsində çalışıb. Namis Şirməmmədov psixoloji-dramatik aktyordur. Daha çox dramatik xarakterli rollar oynayır. 2008-ci ildən isə teatrın quruluşçu rejissorudur. Elə həmin ildə  Prezidentin sərəncamı ilə Respublikanın “Əməkdar artist”i fəxri adına, 2013-cü ildə isə ” Tərəqqi” medalına layiq görülüb. Respublikamızda ilk dəfə olaraq Namis Şirməmmədov A.Babayevin “Xilaskar” əsərində Ulu öndər Heydər Əliyev obrazını canlandırıb. Bundan başqa o, Sumqayıt teatrında bir çox rolların ifaçısı(S.S.Axundov “Tamahkar”-Əliqulu; M.F.Axunzadə “Xırs quldurbasan”-Bayram; Ç.Aytmatov “Əsrə bərabər gün”-Keşikçi və s.) və  tamaşaların (C.Məmmədquluzadə “Anamın kitabı”, İ. Məlikzadə “Sultanqulu körpüsü”, R.Tofiqoğlu “Nakam arzular” və s.) quruluşçusudur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər