Sumqayıtda “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

352
14 mart 2024- cü il tarixdə Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Müzəffərova, İcra Hakimiyyətində yetkinlik yaşına çatmayanların işləri və hüquqları müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçisi Aynur Eyvazova, Sumqayıt şəhər 6 nömrəli tam orta məktəbin direktoru, AXRTI-nin səlahiyyətli nümayəndəsi Gülbahar Haqverdiyeva Corat qəsəbə bələdiyyəsinin sədr müavini Nuradə Kərimova iştirak edib.
Müzakirə xarakterli tədbirdə qonaqlar erkən nigahın fəsadlarından danışıblar.
Erkən nikah haqqında qısametrajlı film nümayiş olunduqdan sonra şagirdlərin filmə münasibəti öyənilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər