“İl ərzində şəhərin makroiqtisadi göstəriciləri də qənaətbəxş olub”.
Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib:
“Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 2 milyard 113 milyon manat təşkil edib ki, bu da əvvəlki dövrə nisbətən 2,3 dəfə çoxdur. Bunun da
1 milyard 800 milyon manatı tikinti-quraşdırma işlərinə sərf olunub”.