Sumqayıtın Ceyranbatan bağlarında fərdi yaşayış evindən oğurluq olub.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Ceyranbatan bağları, 1 saylı asvaltzavod ərazisində yerləşən evlərdən birində baş verib.
Evin sahibi Sahibə Zeynalova bildirib ki, hadisə onların evdə olmadığı gün olub: “Mənzilə daxil olan oğrular oradan ümumi dəyəri, təxminən, 3500 manat olan qızıl-zinət əşyalarını oğurlayıblar”.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.