Sumqayıtda evi olanlar 20 min manata yaxın pul ala bilərlər - Sığorta tarifləri

2430

Əmlakın icbari sığortasında sığorta haqqları, sığorta məbləği, sığorta riskləri hamısı standartdı. Bu dövlət tərəfindən tətbiq edilən rüsumlardı. Heç bir sığorta şirkətinin bu məbləğlərə hər hansı dəyişiklik etmək ixtiyarı yoxdur. Fins.az xəbər verir ki, bunu sığorta eksperti Elçin Mehdiyev bildirib.

Əmlakın icbari sığortsında sığorta ödənişləri əmlakın yerləşdiyi regiona görə, tənzimlənir, əgər əmlak Bakı şəhərində yerləşirsə bu zaman bir illik sığorta haqqı 50 manatdır və sığorta hadisəsi baş verən zaman maksimum 25 min manata daha dəqiq isə 24750 manat ödənilir. 

 Digər regionlarda Sumqayıt, Gəncə, Naxçıvanda icbari əmlak sığortasına ödəniş 40 manatdır. Digər bütün regionalar üçün isə 30 manat nəzərdə tutulur. Sumqayıt, Gəncə, Naxçıvanda sığorta məbləğləri isə 20 min (19750), digər  regionlar üçün isə 15 min(14750) manatdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər