Sumqayıtda “Exchange” açmaq üçün nə qədər pul lazımdır? – MƏBLƏĞLƏR

1727

Xəbər verildiyi kimi, yaxın vaxtlardan etibarən Azərbaycanda valyuta dəyişmə məntəqələrinin işə başlaması gözlənilir.

FED.az xəbər verir ki, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bununla dağlı son hazırlıq işləri aparılır, normativ sənədər tamamlandıqdan sonra «exchange»lərin açılması üçün müraciətlərin qəbuluna başlanacaq. Ölkə qanunvericiliyinə görə, belə məntəqələrin açılması üçün müəyyən tələblərə əməl olunması ilə yanaşı, girov vəsait də tələb olunur. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Girovun tam məbləği müvəkkil bankda xüsusi hesabda depozitdə saxlanılır və lisenziyanın qüvvədə olduğu müddətdə geri qaytarılmır.

FED.az-ın əldə etdiyi məlumata görə, «exchange» açmaq üçün tələb olunan girovn məbləği ölkənin müxtəlif bölgələri üçün fərqlənir. Bu məbləğ Bakı üçün 50 min dollar və 50 min manat, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25 min manat və 25 min dollar, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 10 min manat və 10 min dollar təşkil edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər