Sumqayıtda faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbir keçirilib

915

Sumqayıt şəhərində faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının nümayəndələri, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbi iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzüblər.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov veteranlarla görüşüb, onları faşizm üzərində əldə olunmuş qələbə münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq öz xatirələrindən söz açıb, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər