Sumqayıtda fəaliyyət göstərən müəssisə Rumıniya və Moldovaya 250 mindən çox şüşə tara ixrac edib

257

Sumqayıt Kimya Sənaye Parkının rezidenti – “Glassica” MMC Rumıniya və Moldovaya 250 mindən çox şüşə tara ixrac edib.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin koorporativ direktoru Emil Əsgərov bildirib.

“Fəaliyyətə başladığımızdan keçən ay yarım ərzində təxminən 3 milyon ədəd şüşə tara istehsal etmişik. Bunun da 250 mindən çoxu ixrac edilib, qalanı isə daxili tələbatı ödəmək üçün istifadə edilib. Rumıniya və Moldova ilə yanaşı Gürcüstan, Fransa və İtaliyaya ixracla bağlı danışıqlar aparırıq, müqavilə bağlamaq üzrəyik”, – deyə o qeyd edib.

Bundan başqa, E.Əsgərovun sözlərinə görə, Kəlbəcər rayonunda tikiləcək mineral su istehsal edən zavodu da şüşə tara ilə “Glassica” təmin edəcək.

“Glassica” rəsmisi onu da qeyd edib ki, təmsil etdiyi müəssisə gündəlik 100-150 şüşə tara istehsal etmək gücündədir: “Zavod tam gücü ilə işləsə daxili tələbatın 30-40 %-ni ödəyə bilər. Mart ayında ikinci zavodun tikintisinə başlanılacaq və 14 aya proses yekunlaşdırılacaq. Həmin müəssisə hazırkından 3-4 dəfə çox istehsal gücünə malik olacaq, Onun investisiya dəyəri isə 60 milyon manat təşkil edəcək. İndiki zavodun investisiya dəyəri 25 milyon manatdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər