Sumqayıtda fevral ayı ərzində vətəndaşlara 465 minə yaxın tibbi xidmət göstərilib

320

Sumqayıt Tibb Mərkəzi tərəfindən 2024-cü ilin fevral ayı ərzində vətəndaşlara 465 minə yaxın tibbi xidmət göstərilib. Sumqayıt Tibb Mərkəzi (STM) 2024-cü ilin fevral ayında şəhər əhalisinə göstərilən xidmətlərin statistikasını açıqlayıb. STM-nin tabeliyində olan tibb müəssisələrinə fevral ayı ərzində əhaliyə 464 min 769 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 348 min 237-si ambulator, 116 min 532-si isə stasionardır. Qeyd edək ki, tibb müəssisəsinə müraciət edən hər bir ölkə vətəndaşı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər