Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə Səhiyyə Şöbəsi ilə birgə 20 may 2010-cu il tarixində Səhiyyə Şöbəsinin akt zalında şəhərin səhiyyə müəssisələrində çalışan həkim və orta tibb işçilərinin bir qrupu ilə görüş təşkil edilmişdir.
Səhiyyə Şöbəsinin müdiri Rauf Sadıxov tədbirin keçirilmə məqsədindən danışaraq gənc həkim və orta tibb işçilərinin daim şəhərin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, müsbət mənada fərqləndiklərini vurğulamışdır. O, yaradılması nəzərdə tutulan gənclər təşkilatının gənc səhiyyə işçilərinin asudə vaxtının səmərəli təşkili, onların ictimai fəallıqlarının daha gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırmışdır.
Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov son illər ölkəmizdə gənclərə diqqət və qayğıdan bəhs etmiş, şəhərimizdə gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində keçirilmiş tədbirlərdən, əldə edilmiş uğurlardan danışmışdır.
Səhiyyə Şöbəsinin müdiri Rauf Sadıxov gənc səhiyyə işçilərini sıralarında birləşdirən Gənc Təbiblər Şurasının yaradılmasına münasibət bildirilməsini təklif etdi. Təklif görüş iştirakçıları tərəfindən yekdilliklə qəbul edilmişdir.
Səhiyyə Şöbəsinin müalicə inspektoru Səkinə Sadıxova Səhiyyə Şöbəsinin nəzdində Gənc Təbiblər Şurasının Əsanaməsilə görüş iştirakçılarını tanış etdikdən sonra sənəd yekdilliklə qəbul edildi.
Sonra görüş iştirakçılarının təklifləri əsasında11 nəfərdən ibarət Şuranın üzvləri seçilmişdir.
Səhiyyə Şöbəsinin nəzdində Gənc Təbiblər Şurasının sədri seçilən Səkinə Sadıxova görüləcək işlərdən danışdı.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri , Rüstəm Sadıqzadə