Sumqayıtda gənc könüllülər arasında boulinq yarışı təşkil edilib -FOTO

1250

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən şəhərin 70 illik yubileyinə həsr edilmiş müxtəlif sahələri təmsil edən gənc könüllülər arasında boulinq yarışı təşkil edilib.

İdarədən Xeberle.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov iştirakçıları salamlayaraq, ölkə və şəhər rəhbərliyinin gənc nəslə göstərilən qayğısından və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından, Sumqayıtda aparılan yenidənqurma və abadlıq işlərindən danışıb.

Qeyd olunub ki, məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri, Sumqayıt şəhərinin 70 illik yubileyi əlaqədar təsdiq olunmuş Tədbirlər Planını icra etmək, gənclərin hərtərəfli inkişafına nail olmaq, sağlamlıqlarını möhkəmləndirmək, bacarıqlarını inkişaf etdirmək və asudə vaxtlarının səmərəli təşkilidir.

Yarışda ümumilikdə 8 komanda və hər komandadan 7 nəfər olmaqla 56 gənc qalib adı uğrunda mübarizə aparıb.

Gərgin keçən yarışmanın yekun nəticəsinə əsasən I yerə Sumqayıt Asan Xidmət Mərkəzinin “Mübariz”, II yerə Sumqayıt Qızıl Aypara Cəmiyyəti, III yerə isə Gənclər Evinin eyni adlı komandaları layiq görülüb.

Qalib komandalar Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri ilə təltif edilib.

“Mübariz” Sumqayıtda boulinq yarışının qalibi oldu - FOTOLAR

“Mübariz” Sumqayıtda boulinq yarışının qalibi oldu - FOTOLAR

“Mübariz” Sumqayıtda boulinq yarışının qalibi oldu - FOTOLAR

“Mübariz” Sumqayıtda boulinq yarışının qalibi oldu - FOTOLAR

“Mübariz” Sumqayıtda boulinq yarışının qalibi oldu - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər