Sumqayıtda gənc oğlan itkin düşüb

1457

Sumqayıtda 2002-ci il təvəllüdlü Əliyev Tural Elçin oğlu itkin düşüb.

Bu barədə “Report”a onun yaxınları məlumat verib. Məlumata görə, T.Əliyev bir həftə əvvəl – mayın 9-da evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun yaxınları bu barədə polisə məlumat veriblər.

T.Əliyevi görənlərdən və ya onun barədə məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya 050-776-97-49 telefon nömrəsinə zəng vurmaları xahiş olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər