Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib.
“Report”un Abşeron-Sumqayıt bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü yerli sakin M.N.Qüdrət qızı Hacı Zeynalabdin qəsəbəsində özünə bıçaqla xəsarət yetirib.
O, aldığı xəsarətlərlə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Əməliyyat olunan qadın Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.