Sumqayıt şəhərində 27 yaşlı qadın döyülərək ağır xəsarət alıb.
“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə qadının işlədiyi yerin yaxınlığında baş verib.
Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Günəş Vahab qızı Cəfərova öz tanışı tərəfindən vəhşicəsinə döyülüb. Hadisənin nə üstündə törədildiyi hələ ki, məlum deyil. Gənc qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.