Sumqayıtda gənc qətlə yetirildi

705

Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, qanlı hadisə mayın 31-də saat 23:00 radələrində Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, ev 25, mənzil 14-də yaşayan 23 yaşlı Ramin Əlifov qətlə yetirilib.

Qətlin kim tərəfindən törədilməsi hələlik məlum deyil. Ailə üzvlərinin bildirdiyinə görə, Ramin evdən əsgər yoldaşıı ilə kimlərinsə arasında yaranmış münaqişəni həll etməyə yollanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov, milli.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər