Sumqayıtda gənc qadın 3-cü mərtəbədən yıxıldı

1871

Sumqayıt şəhərində 25 yaşlı qız yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü N.H yaşadığı mənzilin eyvanından yıxılıb. Qadın ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumta görə, gənc qızın vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər