Son zamanlar sosial şəbəkələrdə və Sumqayıtın yerli mediasında şəhər gənclərinin ictimai fəallığı, qarşılaşdıqları problemlər, asudə vaxtın səmərəli keçirməsi ilə bağlı davamlı olaraq müzakirələr aparılır. Müzakirələr zamanı daha çox diqqət mərkəzində olan isə şəhərimizdə “Gənclər Evi” nin olmamasıdır. Gənclər hesab edirlər ki, asudə vaxtlarını səmərəli keçirilməsi üçün və eləcə də gənclərin bir yerə toplaşması və müxtəlif tədbirlərin, seminarların keçirilməsi üçün belə bir mərkəzə ehtiyac var. Sumqayitxeber.com saytı şəhərimizin ictimai fəal gəncləri arasında sorğu keçirib və gənclərin asudə vaxtının səmərəli keçirilməsi, gənclər mərkəzinə nə dədərəcədə ehtiyacın olub olmamasını, eləcə də gənclər mərkəzi olarsa hansı formada olmalı olduğunu soruşub.
Şəhərimizin ictimai həyatında fəallığı ilə seçilən gənclərdən biri də Ramil Zeynallıdır.
Sumqayıt gəncləri asudə vaxtlarını harda keçirdirlər?
– Ölkə əhalisinin əsas aparıcı qüvvəsi gənclər hesab edilir. Elə gənclər var ki, ömürlərini təhsilə, elmə həsr edirlər. Vaxtlarının bir saniyəsini belə boş keçirmirlər və daha çox səmərəli istiqamətlərdə fəaliyyətlərini qururlar. Söhbət Sumqayıt gəncliyindən gedirsə, burada vəziyyət heç də ürəkaçan deyil. Düzdür bütün gəncliyi bura şamil etmək olmaz. Asudə vaxtlarının səmərəli keçirmək istəyən gənclər əsasən QHT-lərdə cəmləşirlər ki, burada onlar ictimai fəaliyyət və vətəndaş cəmiyyətinin inkişafında fəal iştirak edirlər. Lakin elə gənclik də var ki, onlar nə məqsədlə yaşadıqlarını belə dərk etmirlər. Bu gənclik vaxtlarının əksəriyyətini çayxanlarda, kafelərdə keçirirlər. Bu belə anlaşılmasın ki, mən kafelərin, çayxanaların əleyhinəyəm. Əsla. Bir qrup gənlik isə vaxtlarını intente-kafelərdə keçirir. Belə gəncliyin bir qrupu social çəbəkələrə daha çox üstünlük verirlər. Elə sosial şəbəkələr var ki, bunlar gənclər arasında ünsiyyət qurulmasında, problemlərin həllinə dəstək verməkdə müəyyən əhəmiyyətə malikdir. Yeniyetmə yaşlarından siqaretə və digər zərərli vərdişlərə qurşanırlar. Uşaqlıq yaşlarından başlayaraq profilaktik tədbirlər-düzgün təlim tərbiyə işləri qurulmalıdır ki, yeniyetməlik və gənclik dövründə belə halların qarşısını almaq mümkün olsun. Burada asudə vaxtın səmərəli təşkilindən tutmuş insanın düzgün formalaşdırılmasına qədər kompleks tədbirlər həyata keçirilməlidir. Gənclərin asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə müxtəlif əyləncələrin, konfransların, seminarların keçirilməsi lazımdır. Belə olan təqdirdə həyatını səmərəli məqsədlərə sərf edən gənclər bu tip insanları pis əməllərdən çəkindirə bilər.
Ramil bəy, bəzi gənclər hesab edirlər ki, gənclər mərkəzinin yaranması üçün tələbat olmalıdır. Necə düşünürsünüz şəhərimizdə Gənclər mərkəzinə ehtiyac varmı?
Hesab edirəm ki, bu formada mərkəzlərə ehtiyac var. Çünki asudə vaxtı olan gənclər bu vaxtı harada və necə keçirəcəyi barədə uzun müddət düşünürlər. Amma belə mərkəzlər olsa fikirləşmədən oraya üz tutarlar. Bu da nəticədə gənclərin qarşılıqlı fikir mübadiləsi aparmağa, mövcud problemləri müzakirə etməyə və bundan çıxış yolları aramağa, eləcə də həll məsələlərinə yardımçı olar. Respublikamızda Sumqayıt gəncləri intellektual səviyyəsinə, bilik və bacarıqlarına görə digər bölgələrin gənclərindən xüsusilə fərqlənirlər. Əsas mərkəzlər paytaxda cəmləşdiyindən Sumqayıt gəncləri öz intellektlərini nümayiş etdirmək üçün Bakını seçirlər. Aparılan müşahidələr onu göstərir ki, Bakıda fəaliyyət göstərən gənclər təşkilatlarında, eləcə də gənclərin birbaşa fəaliyyət prioritetinə çevrilən istiqamətlərdə də Sumqayıt gəncləri özlərini yaxşı tərəfdən göstərir. Sumqayıtda bir sıra gənclər təşkilatları var ki, bunlar da gəncliyin müəyyən bir hissəsini öz ətrafında birləşdirir. Amma bu təşkilatlar Sumqayıtın bütün gəncliyini ətrafına toplamaq, gənclərin inkişafına dəstək verəcək missiya uğrunda məqsədli fəaliyyət göstərməyə qadir deyildir. Gənclər təşkilatlarının əksəriyyəti keyfiyyətə deyil, daha çox kəmiyyətə üstünlük verirlər ki, bu siyasət də gənclərin istənilən səviyyədə inkişafı baxımından axsamalara, geriləmələrə səbəb olur. Bu təşkilatlar bir məqsəd uğrunda mübarizə aparmağa, mövcud problemlərin həllində birgə çalışmağa cəhd belə göstərmirlər. Şəhərimizdə uzun müddətdir ki, Gənclər Mərkəzinin yaranması barədə müzakirələr gedir. Mən elə gəlir ki, bu müzakirələrin nəticəsi olaraq bu tip mərkəzin yaranma prosesinə start vermək lazımdır. Ümid edirəm ki, maraqlı dairələr Gənclər Mərkəzinin yaranmasına lazımi dəstək verəcək və qüvvələrini bu sahənin inkişafında əsirgəməyəcəklər. Zərurət olduğu təqdirdə ehtiyacdan doğan məsələləri həyata keçirmək lazımdır. Belə mərkəz yaranarsa, Sumqayıt gənclərini bir missiya ətrafında birləşdirmək, onların lazımsız vərdişlərdən çəkindirmək, savadlı, intellekti ilə seçilən gənclərin bacarıqlarından bu sahənin inkişafında bəhrələnmək olacaq. Artıq gözləmək lazım deyil, gənclərin istədiyi gün yetişib.
-Bir çox şəhərlərdə “Gənclər evi” adlanan mərkəzlər var. Hansı ki, gənclər orda asudə vaxtlarında istifadə edirlər. Sizin fikrinizcə şəhərimizdə belə bir mərkəz yaranarsa burda əsasən nələrə diqqət yetirmək lazımdır.? Bu mərkəz necə olmalıdır?
Yaranması nəzərdə tutulan Gənclər evi fəaliyyətini bir sıra istiqamətlərdə qurmalıdır. Gənclər evi bir qrup gəncliyin deyil, bütün Sumqayıt gəncliyi üçün açıq olmalıdır. Şəhərimizdə fəaliyyət göstərən gənclər təşkilatlarını da bu evin fəaliyyətinə dəstək olmaq üçün prosesə cəlb etmək lazımdır. Gənclər evində müxtəlif məqsədli hərəkətləri özündə əks etdirən bölmələr mövcud olmalıdır ki, sonradan konkret məsələlərin həyata keçirilməsində problemlər ortaya çıxmasın. Gənclər evi ölkəmizin mövcud gənclik siyasətinin həyata keçirilməsi baxımından fəaliyyətini gənclər siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanları ilə birgə əməkdaşlıq səviyyəsində qurmalıdır. Qurum müstəqil olmalı və onun ali orqanı ildə bir dəfə keçirilən Konfrans olmalıdır. Gənclər evində “Gənclərlə iş üzrə”, “Yeniyetmələrlə iş üzrə”, “Təşkilati məsələlər”, “Layihələrin idarəedilməsi”, “Xarici təşkilatlarla iş və beynəlxalq əlaqələr” və digər zəruri şöbələr, eləcə də İdarə heyəti fəaliyyət göstərməlidir. Mən elə düşünürəm ki, İdarə heyətinə Sumqayıtda mövcud olan aparıcı gənclər təşkilatlarından bir nəfər nümayəndə seçilməlidir. Belə olan təqdirdə, Gənclər evi daha səmərəli şəkildə fəaliyyət göstərəcək ki, bunun da müqabilində həmin gənclər təşkilatları həyata keçirdiyi layihələrin əlaqələndirməsində və proqramın həyata keçirilməsində daha çox gəncliyi cəlb edə biləcək və kütləvilik artacaq. Bu, da öz növbəsində Gənclər evinin fəaliyyətinə birbaşa təsir göstərəcək. Gənclər evi ildə bir dəfə ictimaiyyət qarşısına çıxmalı və gördüyü işlər barəsində əhaliyə məlumat verməlidir. Fikrimcə, Gənclər evi ilk növbədə yetişməkdə olan gənc nəslin də təlim-tərbiyəsinə xüsusi diqqət ayırmalıdır. Bu sahədə konfranslar, təlimlər keçirilməli, geniş şəkildə maarifləndirmə işləri aparılmalıdır. Bununla yanaşı, müxtəlif mövzuları əhatə edən intellektual oyunların, yarışların keçirilməsi də məqsədəmüvafiqdir. Dünya ölkələri bu sahaədə əlaqə qurulmalı, onların təcrübələrindən yaralanmaq üçün işlər görmək lazımdır. Gənc nəslin vətənpərvər ruhda yetişməsində də Gənclər evi mühüm rol oynaya bilər. Orta məktəblərdə bu ruhu özündə əks etdirən tamaşalar nümayiş etdirməli, tədbirlər keçirilməlidir. Müxtəlif sahələri əhatə edən kurların təşkil olunması da alqışlanası haldır. Düşünürəm ki, Gənclər evi yuxarıda qeyd olunan məqsədlər istiqamətində fəaliyyətini qurarsa, pis vərdişlərə aludə olan gəncləri də bu yoldan çəkindirmiş olar. Ümid edirəm ki, Sumqayıtda Gənclər evinin yaradılacağı gün uzaqda deyil, çalışaq ki, biz gənclik bu məqsədlərdən uzaqlaşmayaq.
Mence Gencler evine hal hazirda ehtiyac yoxdur…
bu ehtiyac genclerden gelmelidir hansiki aktiv genclerde ele cox deyil sheherde…yeni gencler nesli ictimai sektorda fealiyyeti sechmedi men bele gorurem…
Ikinci halda gencler evi olarsa ora nece fealiyeyt gosterecek fealiyye strukdturu var?
Belkede virtual gencler evinin yaranmaisna ehtiyac var neinki…
Ayaz bey, qeti shekilde etiraz edirem size, cunki bu gun Sumqayitda Gencler Merkezine ehtiyac var. Ictimai sektorda fealiyyet gostermek ucun yeni nesle sherait yaratmaq muqleq shekilde vacibdir.
Gencler evi olarsa, bunun strukturunu yaratmaq cox sadedir. Sumqayitda gebcler teshkilatlari var ve mence bu strukturu yaratmagi da hemin qurumlarin ishtiraki ile hell etmek olar. Dolayisi ile birbasha genclerin oz teklifleri ile, cunki sonucda bunun istifadecisi gencler ozleri olacaqlar!