Sumqayıtda “Gənclərin İnkişafı Heydər Əliyevin adı ilə”  onlayn konfrans  keçirildi

480

07 may 2021-ci il tarixində Sumqayıt şəhərGənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə zoom platformasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci  ildönümümünasibətilə“Gənclərin İnkişafı Heydər Əliyevin adı ilə” mövzusunda onlayn konfrans  keçirilmişdir. Konfransda şəhərin müxtəlif idarə, müəssisələrinin əməkdaşarı, gənclər təşkilatları,idman ictimaiyyətinin nümayəndələri, qazilər və  ictimai-fəal gənclər iştirak etmişlər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, iştirakçılara Baş İdarənin hazırladığı “Gənclərin İnkişafı Heydər Əliyevin adı ilə”  video çarxı nümayiş olunmuşdur.

Baş İdarənin rəisi Elgün Hümbətov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən,xilaskarlıq, quruculuq, öndərlik missiyalarından, dövlət gənclər siyasətindən, gənc nəslə diqqət və qayğısından danışmış,həmçinin Heydər Əliyevin ölkəmizdə bütün sahələrin inkişafı istiqamətində misilsiz xidmətlər göstərdiyini, Sumqayıta səfərlərini və bu səfərlərin şəhərin tarixində dərin izlər qoyduğunu, bütün sahələrdəcanlanmaya və hər tərəfli inkişafa səbəb olduğunu qeyd etmişdir.

Konfransda Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, Prezident təqaüdçüsü Əhməd Rəcəbli,tərəqqi medalçısı Qərib Əliyev, 4 nömrəli tam orta məktəbin tarix müəlliməsi Hidayətova Jalə, Xidmət sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəlliməsi Rəna Muxtarova,Sumqayıt Dövlət Texniki Kollecinin tələbə-gənclər təşkilatının sədri Nəzrin İmanzadə çıxış edərək bildirmişlər ki,Ümumilli Lider Heydər Əliyevin fəaliyyəti xalqın, dövlətin, mənafeyinə xidmət etmiş, fəaliyyəti dövründə Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, üçün tarixi işlər görmüşdür.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər