Ölkə gəncləri hər zaman dövlət dəstəyini hiss edirlər və bu da onların layiqli kadr kimi formalaşmasına öz töhfəsini verir.
Trend-in məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin “2 fevral Gənclər günü kimi qeyd olunması haqqında” sərəncamı və Prezidentin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə “Dövlət Proqramı dövlətin mükəmməl gənclər siyasətinə bariz nümunədir.
Mədəniyyət Nazirliyi tərəfindən bu siyasətin məntiqi nəticəsi olaraq hər il “Gəncliyin səsi” festivalı gerçəkləşir. Festivalın məqsədi gənc istedadların üzə çıxarılması, onların bilik və bacarıqlarının doğru istiqamətdə yönəldilməsi və yaradıcılıq uğurlarının dəstəklənməsidir.
2016-cı ildən “Gəncliyin səsi” festivalı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, şəhər icra hakimiyyəti ictimai- siyasi, humanitar şöbəsinin müdir müavini Fərman Kazımov və başqaları çıxış edərək gənclərə göstərilən dövlət qayğısından, onların təhsil və karyera perspektivlərinin açılmasına yönəlik münbit şəraitdən danışdılar.