Sumqayıtda “Gender bərabərliyi hakatonu” layihəsi davam edir

1639

Yenilik və İnkişaf İctimai Birliyi, Elm və Təhsil Nazirliyi və Sumqayıt Gənclər evinin birgə təşkilatçılığı ilə “Gender bərabərliyi hakatonu” layihəsi 15 dekabr 2022-ci il tarixindən start götürüb. Layihədə gənc məktəbli qızların İnformasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində bilik və bacarıqlarının artırılması nəzərdə tutulub.
Layihənin əsas məqsədi cəmiyyətdə qız uşaqlarının dəyərini təşviq etmək və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etməkdir.
Layihədə 14-16 yaşlı Sumgayıt şəhərində yaşayan məktəbli qızların İKT sahəsində bilik və bacarıqlarının artırılması və bu sahədə gələcək karyeralarının planlanması, onların rəqəmsal bacarıqlarını inkişaf etdirmək, həmçinin İKT sahəsinə maraq göstərən qızların özgüvən, gender bərabərliyi konsepsiyası, məişət zorakılığı, liderlik bacarıqları, ünsiyyət, komanda işi və sair kimi mövzularda həssas qabilliyyətlərininin artırılması məqsədilə bir sıra təlimlərin keçirilməsi planlaşdırılır.
Layihənin icra müddəti 5 ay nəzərdə tutulub.Hazırda layihənin ikinci mərhələsi davam edir. Layihənin 15 may 2023-cü il tarixində yekunlaşdırılacaq

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər