2018-ci ildə görülən işlərin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Fəzail Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Evaris Əliyev, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vurğulanıb ki, Sumqayıt şəhərində aparılan abadlıq və quruculuq işləri 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik ərazisində də öz əksini tapmışdır. Məlumat üçün bildirək ki nümayəndəlik sahəsi 16.31kv.m,əhalisi 31 min nəfərdir. Xidməti ərazisi 47-48-49-50-51-52-53-cü məhəllələr,16-18-20-21-ci mik.n.Yaşıl dərənin az bir hissəsi və bağlar massivini təşkil edir.
Əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması şəhər rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. Hesabat dövründə elektrik enerjisi ,su,təbii qazın verilməsi və digər kommunal xidmətlərin yaxşılaşdırılması məqsədi ilə bir sıra işlər həyata keçirilmişdir.
İstehlakçıların elektrik enerjisinə artan tələbatını nəzərə alaraq hesabat dövründə bir sıra yaşayış sahələrində elektrik enerjisinin fasiləsizliyini təmin etmək məqsədi ilə dairəvi elektrik sistemi yaradılıb.
Hesabat dövründə yüksək mərtəbəli binalarda yaşayan sakinlər üçün mühüm əhəmiyyət kəsb edən lift təsərrüfatında mənzil fondunda istismarı başa çatmiş liftlər dəyişdirilərək yeni liftlər quraşdırılıb sakinlərin istifadəsinə verilmişdir.
Qeyd olunub ki, şəhərdə əsasən sakinləri narahat edən məsələlərdən biri də hündürmərtəbəli binaların dam örtükləri ilə bağlıdır.Son illərdə şəhərimizdə bu sahədə ciddi işlər görülür.Şəhərdə 650-yə yaxın dam örtüyü vurulub. Hazırda nümayəndəlik ərazisində – 18-ci mikrorayonda ,47-48-ci məhəllədə işlər davam etdirilir. Qalan binalarda da dam örtüyünün vurulması cari ildə planlaşdırılır.
2018-ci il dövrü ərzində küçə və prospektlərin abadlaşdırılması istiqamətində bir sira işlər görülmüşdür.Nümayəndəlik ərazisində İ.Qayıbov küçəsində əsaslə təmir işləri aparılıb.Binaların qarşısındakı hasarlanmış bağlar sökülərək tullantılardan təmizlənmiş,yaşıllıq idarəsi tərəfindən ağacların budanması və yeni ağacların əkilməsi işləri görülmüş, bardurlar dəyişdirilmişdir. Piyada yolları bərpa edilmiş və asfalt örtüyü vurulmuşdur.
Ötən ildə məhəllə və mikrorayonlarda daxili ərazilərin abadlaşdırılaraq yenidən qurulması ,abad məhəllələrin yaradılması istiqamətində xeyli məqsəqyönlü irimiqyaslı işlər həyata keçirilmişdir. Nümayəndəlik ərazisində də bu işlər uğurla görülmüşdür. 48-ci məhəllədə 8-ci binanın ,18-ci mik.n-da 5-ci bina və 31-ci binaların qarşısında abad məhəllələr yaradılmış və əhalinin istifadəsinə verilib.
Hesabat dövründə şəhər rəhbərliyinin göstərişi ilə müvafiq olaraq əhali ilə canlı iş bizim gündəlik fəaliyyətimizdə rəhbər istiqamət olmuş,daima ön plana çəkilmiş, onların qaygıları, narahat edən problemlər aşkar edilərək həll olunmasına xüsusi önəm verilmişdir. Bizim cari işlərimizin praqnozlaşdırılmasında mövcud problemlərin üzə çıxarılaraq həllində müvafiq tədbirlərin görülməsi, görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Sonda hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.
Hesabat məruzəsi ətrafında çıxış edənlər görülən işlərə münasibətlərini bildirib, təkliflərini səsləndiriblər.