Sumqayıtda “Həmrəyliyimiz birliyimizdir” adlı tədbir keçirilib

692

Abşeron Xızı Regional Təhsil İdarəsinin və Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Həmrəyliyimiz birliyimizdir” adlı ədəbi-bədii, musiqili tədbir keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, ölkəmiz ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınması sahəsində milli, regional və qlobal səviyyədə təşəbbüslərlə çıxış edir, əməli addımlar atır. Şəhər rəhbəri Sumqayıt şəhərində bu istiqamətdə aparılan kompleks tədbirlərin davam etdirildiyini qeyd edib.

Zakir Fərəcov qeyd edib ki, Sumqayıtın ekoloji cəhətdən təmiz bir şəhərə çevrilməsi üçün mühüm addımlar atılıb, bir sıra vacib layihələr icra edilib.

Şagirdlər tərəfindən hazırlanan ədəbi-bədii, musiqili kompazisiya təqdim edilib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər