Sumqayıtda qətl törətməkdə təqsirləndirilən Rafiq Nərimanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Milli.Az report-a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Sumqayıt şəhərinin 21-ci məhəllə ərazisində baş verib. Şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nərimanov münaqişə zəminində Daşqın Hüseynovu qətlə yetirib.
Poilis əməkdaşları tərəfindən saxlanılan R.Nərimanov ilkin ifadəsində hadisə günü dünyasını dəyişən şəxslə arasında münaqişə baş verdiyini və onun baş nahiyəsinə küt alətlə xəsarət yetirdiyini bildirib.
Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.