Azərbaycan Respublikası üzrə hər 100 ailəyə 53 avtomobil düşün, bu öncəki illə müqayisədə 1 ədəd artım olması deməkdir.
Banker.az AzStatKom-un 1 yanvar 2019-cu il üzrə statistik rəqəmlərinə istinadən bildirir ki, ölkədə kəskin fərqlə yenə də paytaxt və onun ətrafında olan rayonlar ilk pillədə dayanır. Belə ki, Bakı şəhəri üzrə hər 100 ailəyə 98 avtomobil düşür. Paytaxtda artıq bir neçə ildir ki, bu rəqəm kiçilməkdədir. 2017-ci ildə hər 100 ailəyə 101, 2016-ci ildə 108 və 2015-cı ildə isə 118 idi.
İkinci sırada elə ölkənin əhalisinə görə ikinci ən böyük şəhəri Gəncə dayanır. Bu şəhərdə hər 100 ailəyə 57 avtomobil düşüb. 3-lüyü isə Sumqayıt şəhəri 52 ədədlə tamamlayır.
Ölkə üzrə ən az göstərici Xocavənd (7), Xocalı (16), Naxçıvan (25) və Neftçala (25) tuturlar.