Sumqayıtda “Heydər bağı” parkının ərazisində Heydər Əliyev Mərkəzi inşa edilir.
AzərTAc xəbər verir ki, mərkəzə respublika və şəhər əhəmiyyətli tədbirlərin keçirilməsi üçün konfrans salonları, tədris və inzibati otaqlar, köməkçi tikililər daxil olacaqdır. Burada müasir mühəndis-kommunikasiya sistemi quraşdırılacaqdır.
Mərkəzdə ümummilli lider Heydər Əliyevin muzeyi də yaradılacaqdır. Ekspozisiya ulu öndərin həyat və fəaliyyətindən, Azərbaycanın sosial iqtisadi inkişafına və tərəqqisinə, dünyadakı mövqeyinin möhkəmlənməsinə, beynəlxalq əlaqələrinin genişlənməsinə yönəlmiş böyük səylərindən söz açılacaqdır. Sərgi salonunda vernisajlar, tematik tədbirlər təşkil ediləcəkdir.
Heydər Əliyev Mərkəzinin inşasını “A+A Group of Companies” şirkəti həyata keçirəcəkdir. Şirkətin gerçəkləşdirdiyi layihələr siyahısında Bakı şəhərinin tarixi binalarının işıqlandırılması, “İçərişəhər” metro stansiyasının yenidən qurulması və s. kimi layihələr vardır.
Sumqayıtda Heydər Əliyev Mərkəzi inşa edilir
•
688