Sumqayıtda “Heydər Əliyev irsi” adlı dəyirmi masa keçirildi

433
Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsi və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 30 mart 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa təşkil edilmişdir.
Əvvəlcə qonaqların iştirakı ilə Mərkəzin foyesində dahi şəxsiyyət Heydər Əliyev haqqında qısametrajlı video-çarxa baxış keçirilmişdir.
Dəyirmi masa ətrafında davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, onun gənc nəslə olan diqqət və qayğısından, müstəqilliyin qorunub saxlanılması istiqamətindəki əvəzsiz xidmətlərindən danışmışdır. Qeyd edilmişdir ki, Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinə diqqət və qayğısının davamı kimi bugün də ölkə başçısı cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən şəhərin hərtərəfli inkişafı istiqamətində bugün də önəmli addımlar atılır.
Digər çıxış edənlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Fərman Kazımov, əməkdar müəllim, “Şöhrət” ordenli Ofelya Babayeva və başqaları da Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin daim xalqın, dövlətin mənafeyinə xidmət etdiyini vurğulamış, onun Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrundakı fədakarlığından, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması istiqamətində gördüyü əvəzsiz xidmətlərdən danışmışlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər