Sumqayıtda “Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycan” adlı sərgi açılıb

334

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycan” adlı sərgi-tədbir təşkil olunub. Ümumilikdə, 30 sənət adamının 70-dən çox rəsm, əl işləri və xalq-tətbiqi sənət nümunələrinin nümayiş olunduğu sərgi Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin dəstəyi ilə reallaşıb.

Əvvəlcə müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qalereyanın direktoru Ellada Həsənova AZƏRTAC–a sərginin məqsədi haqqında danışarkən tədbirin peşəkar və gənc rəssamların, xalq-tətbiqi sənət ustalarının yaradıcılığı ilə yaxından tanış olmaq və gənc nəsillərə təbliğ etmək olduğunu qeyd edib.

Sərginin açılışında çıxış edənlər böyük zəka sahibi, görkəmli dövlət xadimi, qüdrətli diplomat Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə göstərdiyi xüsusi qayğıdan danışıblar. Bildirilib ki, mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltaraşlıq və rəssamlığımız, xalça sənətimiz bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib.

Sərgidə iştirak edən rəssam və sənətkarlara hədiyyə və təşəkkürnamələr təqdim edilib.

Həmçinin Sumqayıtın Ə.Bakıxanov adına şəhər 1 saylı və S.Rüstəmov adına 3 saylı uşaq incəsənət məktəbinin şagirdlərinin təqdim etdiyi maraqlı musiqi proqramı sərgiyə xüsusi rəng qatıb.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər