Sumqayıt şəhər Səməd Vurğun adına Mədəniyyət Sarayında Azərbaycanın görkəmli şairi Hüseyn Arifin 85 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib. Gecədə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşayeva, şair Zəlimxan Yaqub, yazıçı Eyvaz Borçalı, professor Məhərrəm Qasımlı, doktor Cavad Heyyət, şairin ailə üzvləri və şəhər ictimaiyyəti iştirak edib. İlk olaraq çıxış edən şəhər İcra hakimiyyətinin başçısı V.Əliyev qonaqları salamlayıb, H. Arifin 85 illik yubileyinin Sumqayıtda keçirilməsinin əlamətdar hal olduğunu vurğulayıb. Tədbir zamanı çıxış edənlər şairin həyat və yaradıcılığından, H.Ariflə bağlı xatirələrindən danışıblar