Sumqayıtda “İcbari tibbi sığorta ilə sağlam yaşa!” şüarı ilə səyyar tibbi aksiya keçirilir

689

Sumqayıt Tibb Mərkəzi (STM) “İcbari tibbi sığorta ilə sağlam yaşa!” şüarı ilə səyyar tibbi aksiyaya start verib. Aksiyada Sumqayıtın Hacı Zeynalabdin, Corat qəsəbələrində və “Stansiya Sumqayıt” yaşayış massivində 65 yaş və yuxarı yaşda olan 150-yə yaxın pasiyentin müayinəsini aparmaq nəzərdə tutulur.

STM-dən AZƏRATC-a bildirilib ki, tibbi aksiyanın ilk günü Hacı Zeynalabdin qəsəbəsində 50-yə yaxın yaşlı pasiyent müayinə olunub. Sağlamlıqlarında problemlər müşahidə olunanlara tövsiyələr verilib. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Aksiya zamanı terapevt, oftalmoloq, kardioloq və USM həkimi pasiyentləri müayinə edəcək. Müayinə zamanı səhhətində narahatlıq hiss olunan vətəndaşlarda tibbi göstərişlərə əsasən, Mərkəzin tabeliyində olan tibb müəssisələrində xidmətin verilməsi təmin olunacaq, eləcə də verilməsi mümkün olmayan tibbi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə göndərişin verilməsi ilə bağlı müvafiq addımlar atılacaq.

Əsas məqsəd şəhərdən kənarda yerləşən yaşayış məntəqələrində yaşayan ahıl insanların tibbi xidmətə əlçatanlığını təmin etmək, icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı onlar arasında maarifləndirmə işləri aparmaqdır.

Aksiyada iştirak edən Hacı Zeynalabdin qəsəbəsi sakinləri Sumqayıt Tibb Mərkəzinin bu addımını yüksək qiymətləndirib, məmnunluqlarını ifadə ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər