Sumqayıtda ictimai yerlərdə aşkar edilən iki koronavirus xəstəsi saxlanılıb

854

Sumqayıt şəhərində koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

APA-nın yerli bürosu xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib.

Müəyyən olunub ki, saxlanılan şəxslər Sumqayıt şəhər 5-ci mikrorayon sakini 1999-cu il təvəllüdlü Ədalət Bayramov və 10-cu mikrorayon sakini 1979-cu il təvəllüdlü Cəsarət Şükürovdur. Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Özünütəcrid qaydalarını pozan koronavirus daşıyıcıları barəsində polis orqanları tərəfindən bundan sonra da ciddi tədbirlər görüləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər