Sumqayıtda idarə rəisi müdirləri topladı: tapşırıqlar verdi - FOTOLAR

2378
Sumqayıt Regional Mədəniyyət idarəsinin müşavirəsi keçirilib
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirəni Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov açaraq  yeni tədris ilinin başlanması münasibəti ilə musiqi məktəblərinin müəllimlərini təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıb, həmçinin, “Bögələrdən bölgələrə” festivalı çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakına görə mədəniyyət işçilərinə təşəkkürünü bildirib. Daha sonra Mehman Şükürov fəxri adı olmayan və yaşı 65-dən yuxarı olan işçilərin sayının müəyyənləşdirilməsi, mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili, musiqi məktəblərində aparılan təmir işləri, eləcə də Sumqayıt şəhər Nizami kinoteatrının təmirə bağlanması və Şəhər mədəniyyət Evinin köçürülməsi ilə bağlı fikirlərini bildirib, tapşırıqlarını verib.
İdarə rəisi həmçinin, hesabat konsertlərinin yüksək səviyyədə keçirilməsi ilə bağlı tapşırıqlarını verib, keçirilən tədbirlərin keyfiyyətinin artırılması, mətbuatda işıqlandırılması və KİV nümayəndələrinin tədbirlərə cəlb olunmasının vacibliyini vurğulayıb.
Bundan əlavə, Mehman Şükürov regional idarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri haqqında məlumatların baş idarəyə vaxtında çatdırılması, bu işə məsul olan şəxslərin baş məsləhətçilər tərəfindən müəyyənləşdirilməsi, işinə məsuliyyətsiz yanaşan işçilər haqqında ciddi tədbir görülməsi ilə bağlı tapşırıqlarını verib.
Daha sonra çıxış edən idarə rəisinin müavini İlham Əhmədov məsləhətçilər  arasında aparılan vəzifə bölgüləri və mədəniyyət işçilərinin işə davamiyyəti, nizam-intizam qaydaları haqqında danışıb.
Sonda idarənin baş məsləhətçiləri və mədəniyyət müəssisələri rəhbərləri çıxış edərək bildiriblər ki, irad və təkliflər nəzərə alınaraq  qeyd olunan problemlər tez bir zamanda aradan qaldıracaq.
 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər