Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən iftar mərasimi təşkil olunub.
İmkansız və şəhid ailələri üzvlərinin, Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi iştirakçılarının və müxtəlif ictimai cəmiyyətlərin üzvlərinin də iştirak etdiyi iftar süfrəsində “Qurani-Kərim”dən ayələr və Ramazan duası oxunub.
İftar mərasimində Müqəddəs Ramazan ayının əhəmiyyətindən danışılaraq, mərhəmət, şəfqət və bərabərlik rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunması arzulanıb.
Mərasimdə ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısından danışılıb, Uca Tanrıdan xalqımıza firavanlıq, ölkəmizə sülh və əmin-amanlıq arzulanıb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının ruhuna dualar oxunub.