Sumqayıtda iftar süfrəsi təşkil olunub – Fotolar

1292

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb. İftar süfrəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində şəhidlərimizin fədakarlıqlarından söz açılıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə çox yüksək səviyyədə diqqət və qayğı göstərildiyi, onların ehtiyaclarının həlli istiqamətində genişmiqyaslı tədbirlər görüldüyü vurğulanıb.

Ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və ehtiramdan, Ramazan ayının əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi məqsədlər naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.

İftar məclisində Qurani-Kərimdən ayələr oxuyub, dualar səsləndirib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər