Sumqayıtda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb

1079

Sumqayıtda iki avtomobil toqquşub, ölən var.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Səməd Vurğun küçəsində baş verib.

Hərəkətdə olan “Lexus” markalı avtomobil qarşısında olan “Opel” markalı avtomobilə dəyib. Zərbənin gücündən “Opel” markalı avtomobil hərəkətdə olduğu yoldan çıxaraq əks istiqamətdə olan yola düşüb.

Ağır qəza nəticəsinə “Opel” markalı” avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü İsmayılov Ramil Ədalət oğlu hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər