Sumqayıt şəhərində soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər bir qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə alıb.
3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Pərvin Hüseynov və Faiq Məmmədov saxlanılıblar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 25-də daha bir qadının qızıl boyunbağısını da eyni üsulla almaları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.