Sumqayıt şəhərində kursdan çıxan iki məktəbli qızı avtomobil vurub.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Rəhiməxanım Etibar qızı Sadıqova və 2005-ci il təvəllüdlü Nəbiyyə İsmayıl qızı Sadıqovanı yolu keçmək istəyərkən maşın vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisəni törədən sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.