Sumqayıtda kütləvi dava zamanı iki nəfər xəsarət alıb.
“Report”un yerli bürosunun məlumatına görə, kütləvi dava zamanı iki nəfər – 1996-cı il təvəllüdlü Nəsirov Elməddin Valerin oğlu və 1993-cü il təvəllüdlü Əliyev Məhəmməd Nizami oğlu bıçaqlanıblar.
Yaralılar xəstəxanaya çatdırılaraq əməliyyat olunublar.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.