Sumqayıtda iki qadını “Mercedes”lə vurub öldürən şəxsin məhkəməsi başlayıb

1039

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində avtomobillə iki nəfər piyadanı vurub öldürməkdə təqsirləndirilən Orxan Həziyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 30-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 8-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində baş verib. Həmin ərazidə Qubadlı rayon sakini O.Həziyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini – Xalidə Rzayevanı və Zəngilan rayon sakini Sahibə Səfərlini vurub. Piyadalar hadisə yerində ölüblər.

Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən saxlanılan O.Həziyevin barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər