Sumqayıtda iki qardaş parkda qadına qarşı zor tətbiq edib

1088

Sumqayıtda qadına qarşı soyğunçuluq edilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 20-də saat 17 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən parkda 2 nəfər bir qadına zor tətbiq edib pulqabısını alıblar.

Həmin vaxt ərazidə xidmət aparan Post-Patrul Xidməti əməkdaşlarının sayıqlığı və operativliyi sayəsində həmin şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri – Əmiraslanov qardaşları olmaları müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər