Sumqayıtda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Koroğlu prospektinin 8-ci mikrorayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolu piyada zolağından keçmək istəyən 1998-ci il təvəllüdlü Lalə Abdullazadəni və 2000-ci il təvəllüdlü Aytac Babayevanı 10 RB 590 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil vurub.
Qəza nəticəsində hər iki piyada xəsarət alıb. Onlara sağ aşağı ətrafın qapalı sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Piyadalar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.