Sumqayıtda ikigünlük körpə üzərində uğurlu əməliyyat icra olunub

732
Sumqayıt Tibb Mərkəzində ikigünlük körpə üzərində əməliyyat uğurla icra olunub.
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə Quba Rayon Mərkəzi Xəstəxanasından təxliyə olunan yenidoğulmuş körpə əməliyyat olunub.
Əməliyyat zamanı iki günlük körpənin qarın nahiyəsində olan 10×15 santimetrlik ölçüdə olan kistik törəmə tam şəkildə çıxarılıb. Törəmənin yumurtalıqdan qaynaqlandığı izlənib.
Cərrahi əməliyyat uzman cərrah Araz Hüseynovun rəhbərliyi, anestezioloq-reanimatoloq Yelmar Süleymanovun iştirakı ilə icra edilib.
Əməliyyat uğurla başa çatıb və yenidoğulmuş iki gün sonra evə yazılıb.
Qeyd edək ki, Perinatal Mərkəzdə neonatal cərrahiyyə inkişaf etdirilir və son bir ayda 13 əməliyyat həyata keçirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər