Sumqayıtda inanılmaz hadisə

644

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. Şəhərin Yaşıl dərə adlanan ərazisində Elman Abdullayevə məxsus həyətdəki tut ağacı bar gətirib.

Bu barədə Sumqayıt sakini Elman Abdullayevin özü ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, həmin ağacı onun atası 10 il bundan əvvəl əkibmiş. Ağac artıb 5-6 ildir ki, bar verirmiş. Bu il də onlar adi qaydada əkilən ağacın bəhrəsini görüblər. Lakin bir müddət sonra onlar yenidən ağacın çəçəkləndiyinin şahidi olublar.

“Atam bu ağaca yaxşı qulluq edərdi. Hətta atam ötən ay rəhmətə gedəndə ağaca yaxşı qulluq etməyi bizə tapşırdı. Lakin bu möcüzə hamımızı mat quyub”, – deyə Elman Abdullayev bildirdi.

Onun sözlərinə görə, ağacın bəhrəsi həmişəkinə nisbətən həm dadlı, həm də daha çoxdur. Ziya Babayev, Anspress

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər