Sumqayıtda infrastruktur layihələrinə 2,5 milyard dollar investisiya yatırılıb

1248

Ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sumqayıt şəhəri üzrə 11 tədbir müəyyən edilib. Dövlət Proqramının icrası dövründə şəhər üzrə ümumi məhsul buraxılışının həcmi 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,9 dəfə və investisiya qoyuluşu 3,5 dəfə artıb.

APA-nın yerli bürosunun məlumatına görə,  bu fikirlər 2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib.

Bildirilib ki, son 5 ildə 6 milyard 422 milyon manatlıq ümumi məhsul buraxılıb və xidmətlər göstərilib, 4 milyard 130  milyon manatlıq sənaye məhsulu istehsal olunub. Qeyd olunub ki, şəhərin  inkişafı və ayr-ayrı infrastruktur layihələrinin icrasına 2 milyard 500 milyon dollar investisiya qoyulub, 32819 yeni iş yeri, 2955 kiçik, orta və iri sahibkarlıq subyekti yaradılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər