Sumqayıtda inkubasiya proqramına qeydiyyat başladı – Startap ideyaları olanların nəzərinə!

624

Əziz gənclər,

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə keçiriləcək regionlar üçün yeni inkubasiya proqramına qeydiyyat başlayıb!

İnkubasiya proqramının məqsədi regiondakı startap ideyalarını inkişaf etdirmək, ideyanı işlək məhsula çevirmək və yeni innovativ biznes yaratmaqdır.
Proqram təməl biliklər verməklə, ilkin işlək məhsulu (MVP) yaratmağa, satış prosesini qurmağa köməklik göstərəcəkdir.
İnkubasiya proqramında iştirak etmək istəyən startaplarçılar ilə ilkin görüş keçiriləcəkdir. Sizi Sumqayıtda görüşdə iştirak etməyə dəvət edirik. Layihədə iştirak üçün minimum 2-ci kursda təhsil almalısınız. 2-ci kursdan yuxarı və ya məzun olan hər bir şəxs müraciət edə bilər.

Qeydiyyat linki: https://lnkd.in/gZix9f6T
Tarix: 6 aprel, 14:30
Ünvan: Sumqayıt Gənclər Evi, Sumqayıt

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər