Sumqayıtda inşa edilən “SOCAR Carbamid” zavodu Azərbaycana ildə 160 mln. ABŞ dollarınadək gəlir gətirəcək.
“APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında “SOCAR Carbamid” zavodunun rəhbəri Xəyal Cəfərov bildirib.
Onun sözlərinə görə, zavodun tikintisi və istifadəyə verilməsi ən birincisi Azərbaycanda olan gübrəyə tələbatı təmin edəcək: “Əgər əvvəllər gübrənin alınmasına ildə 90-120 mln. dollar vəsait xərclənirdisə, bundan sonra bu vəsait ölkədə qalacaq”.
Bundan başqa, X. Cəfərov bildirib ki, zavod ölkəyə ildə 150-160 mln. dollar həcmində gəlir gətirəcək.