Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Sumqayıt şəhərində sayca ikinci intihar hadisəsi baş verib.
2001-ci il təvəllüdlü Rüstəmov Faiq Fuad oğlu 14 mərtəbəli binanın damına çıxaraq özünü atıb. Hadisə nəticəsində dünyasını dəyişən F.Rüstəmov Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olub.
Abituriyent dünən keçirilən 2-ci ixtisas qrupu üzrə imtahan verərək uğurlu nəticə əldə edə bilməyib və bu səbəbdən də intihar edib.
Qeyd edək ki, F. Rüstəmov Hacı Zeynalabdin qəsəbəsində yaşayırdı.
Faktla bağlı araşdırma aparılır. xeberle.com