Sumqayıt şəhərində intihar edən şəxsin kimliyi və hadisənin təfərrüatı məlum olub.
“Report”un yerli bürosunun məlumatına görə, bu, 1982-ci il təvəllüdlü Fuad Qalib oğlu Məmmədovdur.
O, Sumqayıt şəhərində, 10-cu mikrorayon ərazisindəki ofisində özünü kəndirlə asıb. Araşdırmalar nəticəsində Fuad Məmmədovun 5 milyon manata yaxın borcu olduğu müəyyənləşib. Məhz bu səbəbdən intihar edib.
Faktla bağlı araşdırma aparılır.