İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi, nazirliyin regional bölmələrinin işinin əlaqələndirilməsi, dövlət proqramlarının icrasına nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirir. Sumqayıt şəhərində investisiya qoyuluşu ilə bağlı aşağıdakı təkliflər irəli sürülür:
- Süd və süd məhsullarının istehsalının bərpası: Nəzərə alsaq ki, vaxtilə Sumqayıt Süd kombinatı gündəlik 90-115 ton istehsal gücü ilə 18 çeşiddə süd məhsulları hazırlayaraq Sumqayıt və Bakı şəhərlərinin əhalisinə , həmçinin qapalı dövlət müəssisələrinə satırdı.
- Məişət kimyasının fəaliyyətinin genişləndirilməsi (məişət sabunu, yuyucu və təmizləyici vasitələr istehsalı)
- Ağır və yüngül piroliz qətranlarından atmosferə, dəniz suyuna və benzinə davamlı lakların alınması
- Kənd təsərrüfatı zərərvericilərinə qarşı yerli xammal əsasında pestisidin alınması
- Superfosfat gübrəsi istehsalının bərpası (Sumqayıt Superfosfat zavodu 1961-ci ildə istismara verilmiş və burada sulfat turşusu bazasında mineral gübrələr istehsal olumuşdur). Zavodun Sumqayıt şəhəri ərazisində tikilməsində əsas məqsəd burada yerləşən kimya müəssisələrini sulfat turşusu ilə təmin etmək və texnoloji proseslər zamanı alınan işlənmiş turşu əsasında mineral gübrələr hazırlamaqla bütün Qafqaz regionunun həmin məhsula olan tələbatını hazırlamaq olmuşdur. Bu baxımdan respublikamızda kənd təsərrüfatının inkişaf konsepsiyasının tərkib hissəsi kimi fosfat gübrəsinə olan tələbat nəzərə alınmalıdır.
- Müasir bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq , istehsal olunan məhsulların keyfiyyət göstəricilərini ən yüksək səviyyədə təmin etməklə daxili bazarda və eyni zamanda respublikamızın hüdudlarından kənarda da rəqabət qabiliyyətli qida sənaye komplekslərinin yaradılması
- Şəhərin dənizərafı hissəsində müasir standartlara cavab verən, əyləncə atraksionlarla zəngin, idman kompleksi olan istirahət mərkəzlərinin tikintisi
Suqmayitxeber.com